Bakı Tayvanın müstəqilliyini tanımır və şənbə günü keçirilən seçkiləri pisləyir. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir. Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir”, - deyə məlumatda bildirilir.
XİN vurğulayır ki, Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir.*
Xəbərlər şöbəsi