Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami keçmiş prezident Donald Trampın XXI əsrin ən böyük prezidenti olduğunu bəyan edib. O, bu barədə “X” hesabında yazıb.
“Donald Tramp 21-ci əsrin ən böyük prezidenti olub və mən onu tənqid etmək niyyətində deyiləm”, - deyə Ramasvami bildirib.
Onun sözlərinə görə, xüsusilə Ayova ştatında seçicilər bu “sistem”in Donald Trampın Ağ Evə yaxınlaşmasına artıq imkan verməyəcəyindən çox narahatdırlar.
Prezidentliyə namizəd qeyd edib ki, Trampın təqib edilməsinə qarşı çıxıb və onu hər addımda müdafiə edib.*
V.Əliyev