İsrailin müdafiə naziri Yoav Qallant ölkənin baş naziri Benyamin Netanyahu ilə mübahisədən sonra Təl-Əvivdəki Kirya hərbi bazasında hərbi kabinetin iclasını tərk edib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Qallant Netanyahunun köməkçilərinin iclasda iştirak etməsinə baxmayaraq, onun köməkçilərinin görüşə buraxılmamasından narazı qalıb.
Qəzəblənmiş müdafiə naziri iclası tərk etməzdən əvvəl Netanyahuya və milli təhlükəsizlik üzrə müşavir Tzachi Hanegbiyə “işimə mane olmağı dayandırın” deyib.
Qeyd olunur ki, Qallant daha sonra geri qayıdıb və yalnız hərbi kabinet üzvlərinin iştirak etdiyi iclasın qapalı hissəsində iştirak edib.*
V.Əliyev