Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ və Aİ nümayəndələri ilə respublikanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində yardımın göstərilməsi ilə bağlı məsələləri müzakirə edib.
“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn, Avropa Şurası rəhbərinin xarici siyasət üzrə baş müşaviri Saymon Mord, Avropa Komissiyası rəhbərinin diplomatik müşaviri Fernando Guimaraes və Avropa Şurasının xarici siyasət məsələləri üzrə baş müşaviri Maqdalena Qrono ilə görüşdüm”, - deyə Qriqoryan sosial şəbəkədə yazıb.
O qeyd edib ki, görüşlərdə “Ermənistan-Aİ və Ermənistan-ABŞ tərəfdaşlığının gündəliyinə dair məsələlər və digər mövzular müzakirə edilib.
Görüşlər Davosda baş tutub.*