ABŞ Dövlət Departamentinin korrupsiyaya qarşı mübarizə üzrə koordinatoru Riçard Nefyu 15-18 yanvar 2024-cü il tarixlərində Ermənistan və Gürcüstana səfər edəcək. Bu barədə ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Koordinator İrəvan və Tbilisidə hökumət, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşlərdə əsas diqqət korrupsiyaya qarşı mübarizədə cari səylərə və çağırışlara yönəldiləcək.*