2023-cü ildə “Xalq Bank”ın aktivləri 14,8% – 3 milyard 82,548 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 1 milyard 826,965 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,9% - İF) bərabərdir.
Bankın öhdəlikləri 2 milyard 578,273 milyon manat (artım 16,7%), depozit portfeli 2 milyard 220,972 milyon manat (artım 19,7%) təşkil edir.
2023-cü ilin sonuna “Xalq Bank”ın kapitalı 504 milyon 274,15 min manata (artım 6,1%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.
2023-cü ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 52 milyon 70,29 min manat (2022-ci illə müqayisədə artım 91,3% - İF) təşkil edib.
“Xalq Bank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.**
R.Əhmədov