2023-cü ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 27 milyard 335 milyon 355,405 min manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
8 milyard 405 milyon 580,849 min manat (artım 1,1%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 4 milyard 540 milyon 188,628 min manat (artım 48,2%) olub. İlkin bazarda 3 milyard 734 milyon 861,176 min manatlıq, təkrar bazarda 805 milyon 327,452 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 865 milyon 392,221 min manat (azalma 26,4%) təşkil edib. İlkin bazarda 3 milyard 165 milyon 561,919 min manatlıq, təkrar bazarda 699 milyon 830,302 min manatlıq not yerləşdirilib.
2023-cü ildə BFB-nin ümumi dövriyyəsində 1 milyard 545 milyon 313,553 min manat (azalma 1,9%) korporativ bazarın, o cümlədən 749 milyon 248,837 min manat ilkin bazarın, 796 milyon 64,717 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 1 milyard 106 milyon 298,946 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 374 milyon 357,105 min manat, səhmlərin yerləşdirilmə həcmi 64 milyon 657,503 min manat təşkil edib.
2023-cü ildə BFB-nin ümumi dövriyyəsində 17 milyard 384 milyon 461,002 min manat repo əməliyyatlarının (artım 3,4 dəfə) payına düşüb.
BFB-nin məlumatına görə, 2023-cü ilin sonuna birjanın kapitallaşması 5 milyard 904,144 min manat təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 19,3% çoxdur.**
X.Nəsirzadə