2023-cü ildə “Ziraat Bank Azerbaycan” ASC-nin (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) aktivləri 20,4% - 636 milyon 684,78 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2023-cü il tarixinə bankın kredit portfeli 390,942 milyon manat (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 23,1% - İF) təşkil edib.
“Ziraat Bank Azerbaycan”ın öhdəlikləri 519 milyon 708,62 min manata (artım 23%) bərabərdir.
Bankdakı depozitlər 411,422 milyon manat (artım 29,5%), o cümlədən əhalinin əmanətləri 171,669 milyon manat (artım 38,8%) təşkil edir.
2023-cü ilin sonuna “Ziraat Bank Azerbaycan”ın kapitalı 116 milyon 976,16 min manata (artım 9,9%), nizamnamə kapitalı 65,5 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 8 milyon 512,6 min manat (2022-ci illə müqayisədə artım 12,6% - İF) olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.**
X.Nəsirzadə