2023-cü il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2% artaraq 923,1 manat (cari məzənnə ilə $543 – İF-Az) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2023-cü il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 839,4 manat ($493,8), fevralın 1-nə 856,2 manat, martın 1-nə 854,5 manat, aprelin 1-nə 901,3 manat ($530,2), mayın 1-nə 913,9 manat ($537,6), iyunun 1-nə 916,8 manat ($539,3), iyulun 1-nə 921,9 manat ($542,3), avqustun 1-nə 925,3 manat ($544,3), sentyabrın 1-nə 923 manat, oktyabrın 1-nə 919,8 manat ($541), noyabrın 1-nə 921,1 manat ($541,8) təşkil edib.
2023-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 732,6 min nəfər (2023-cü il noyabrın 1-nə 1 milyon 729,4 min nəfər) olub.
Onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
X.Nəsirzadə