2023-cü ildə “Expressbank”ın aktivləri 28,2% - 560,228 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 409,253 milyon manata (artım 37,8%), istehlak kreditləri 189,362 milyon manata (artım 18,8%), biznes kreditləri 113,393 milyon manata (artım 18,3%), daşınmaz əmlakla əməliyyatlar üzrə 106,498 milyon manat (artım 2,5 dəfə) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 430,32 milyon manat (artım 39,8%) təşkil edir. 2023-cü ilin sonuna bankın depozit portfeli 230,411 milyon manat (artım 19,3%), əhalinin əmanətləri 152,135 milyon manat (artım 0,6%) məbləğində olub.
Bankın kapitalı 129,908 milyon manat (artım 0,6%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 12 milyon 15,01 min manat (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 3,2% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 3 hüquqi və 1 fiziki şəxsdir.**
X.Nəsirzadə