Bakıda mebel sexində güclü partlayış baş verib, həlak olan və xəsarət alanlar var. Bu barədə “İnterfaks-Azərbaycan”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-nin məlumatına əsasən, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunur ki, nazirliyin qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində sexdəki yanğını məhdudlaşdırıb.
Həmçinin, vurğulanıb ki, axşatış-xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanların olması ehtimal olunur.
Azərbaycanın rəsmi şəxsləri həlak olanlar və xəsarət alanlar barədə məlumat verməyi vəd edirlər.
15 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. **
İnformasiya şöbəsi