Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar, avadanlıq və ehtiyyat hissələrinin satın alınmasına 39 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan dövlət satınalmaları portalına istinadən xəbər verir ki, “Bakinity Distribution” MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri - 39 milyon 172,485 min manatdır. **
B.Rüstəmbəyov