2023-cü ildə “Bank of Baku”nun aktivləri 24,2% - 870,89 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il dekabrın 31-nə bankın kredit portfeli 659,043 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,1% - İF) təşkil edib. İstehlak kreditləri portfeli 476,055 milyon manata (artım 19,6%), biznes kreditləri portfeli 148,087 milyon manata (azalma 4,3%), daşınmaz əmlak kreditləri 34,896 milyon manata (artım 41,1%) bərabərdir.
Bankın öhdəlikləri 731,918 milyon manat (artım 26,5%) məbləğindədir. Bankdakı depozitlər 515,768 milyon manat (artım 41,1%), əhalinin əmanətləri 475,679 milyon manat (artım 44,1%) təşkil edir.
2023-cü ilin dekabr ayının sonuna “Bank of Baku”nun kapitalı 138 milyon 971,32 min manata (artım 13,1%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 25,459 milyon manat (azalma 30,9%) təşkil edib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.**
X.Nəsirzadə