Bazar ertəsi “İnternational BOKT” QSC tədavül müddəti 18 ay olan 1 milyon manat məbləğində istiqraz yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir.
Hərrac zamanı 2 investor tərəfindən 1 milyon manat məbləğində 2 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (nominal dəyəri 1000 manat olan 1000 ədəd qiymətli kağız) yerləşdirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 13%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.
İstiqrazların ödəmə tarixi 25 iyul 2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“International BOKT” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. Təşkilatın yeganə səhmdarı Rifat Həsənovdur. QSC-nin nizamnamə kapitalı 8 milyon manat, aktivləri 28 milyon 961,449 min manat (2022-ci ilin sonuna), kredit portfeli 24 milyon 602,159 min manatdır. 2022-ci ildə BOKT-un xalis mənfəəti 1 milyon 530,034 min manat təşkil edib.**
R.Əhmədov