Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan qaz idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% - 452,6 min teracoula qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinə (Avrostat) istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə idxal olunmuş qazın dəyəri təqribən 5,7 milyard avro (ildən ilə azalma 2,5 dəfə) təşkil edir.
Noyabrda Aİ ölkələri Azərbaycandan qaz idxalını ildən ilə təxminən 2,9% - 43,3 min teracoula qədər artırıb və bu məqsədlər üçün təqribən 706,2 milyon avro (ildən ilə azalma 1,7 dəfə) yönəldib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycan qaz ixracını 2022-ci illə müqayisədə 5,3% - 23,8 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,8 milyard kubmetr təşkil edib. **
R.Kərimov