2023-cü ildə “Premium Bank” ASC-nin aktivləri 1% - 685,116 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2023-cü il tarixinə bankın kredit portfeli 471,866 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8% - İF) təşkil edib, o cümlədən biznes kredit portfeli 3,2% - 385,638 milyon manata qədər azalıb.
Dekabrın sonuna “Premium Bank”ın öhdəlikləri 507,823 milyon manata (azalma 0,4%) bərabərdir.
Bankdakı depozitlər 426,77 milyon manat (azalma 8,5%), o cümlədən əhalinin əmanətləri 330,857 milyon manat (azalma 2,9%) təşkil edib.
“Premium Bank”ın kapitalı 177,293 milyon manata (azalma 2,9%), nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin yekunları üzrə bankın xalis mənfəəti 7,453 milyon manat (2022-ci illə müqayisədə artım 36,4%) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.**
X.Nəsirzadə