Nə qədər ki, İsrail dövləti Qəzza zolağında hərbi əməliyyat həyata keçirir, Yəmən üsyançı-husilər Qırmızı dənizdə İsrail gəmilərinə zərbələr endirməyi dayandırmayacaqlar. Bu barədə azar ertəsi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib.
«Husilər bizi əmin ediblər ki, dənizdə təhlükəsizliyə xələl gətirmirlər, lakin onların mövqeyi belədir: Qəzzada müharibə davam edənə qədər İsrail gəmilərinə qarşı hərəkət edəcəklər», - “Əl-Ərəbiyyə” telekanalı onun Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla mətbuat konfransında sözlərindən sitat gətirir.
Abdullahiyanın sözlərinə görə, Tehran İsveçrə hakimiyyəti vasitəsilə Qəzzadakı döyüşləri dərhal dayandırmağın zəruriliyini Vaşinqtonun diqqətinə çatdırıb. O, həmçinin ABŞ və Britaniyanı artıq husilərə zərbə endirməməyə çağırıb.
«Amerika müharibəni dayandırmaq istəyindən danışa və eyni zamanda Yəmənə qarşı hərəkət edə bilməz», - nazir yekun vurub. **