Böyük Britaniyanın baş naziri Rişi Sunak bəyan edib ki, ABŞ və Böyük Britaniyanın Yəmən husilərinin obyektlərinə hava hücumları İsrailin HƏMAS ilə qarşıdurmasının bir hissəsi deyil, Vaşinqton və London onların kommersiya gəmilərinə hücumlarına cavab olaraq üsyançılara hücum ediblər.
"Biz onların, söhbətin İsrail və Qəzza zolağından getməsi ilə bağlı qorxunc narrativinə uymamalıyıq. Onlar dünyanın hər yerindən gələn gəmilərə hücum edirlər", - “Sky News” telekanalı onun sözlərindən sitat gətirir.
«Biz bunu özünümüdafiə (...) və hər zaman Britaniyanın etdiyi kimi, gəmiçilik azadlığını dəstəkləmək məqsədilə etdik», - Sunak vurğulayıb.
Baş nazir izah edib ki, yanvarın 9-da husilər Böyük Britaniya və ABŞ Hərbi Dəniz Qüvvələrinə «son onilliklər ərzində ən böyük hücumu» həyata keçiriblər, bu səbəbdən müttəfiqlər cavab addımları atıblar.
«Aydınlaşdırmaq istəyirəm - bunlar məhdudlaşdırılmış zərbələr idi», - Sunak qeyd edib ki, 13 hədəfin hamısı «vurulub». **