“Yapı Kredi Bank Azerbaijan” QSC 2023-cü ildə aktivlərini 6,8% - 514 milyon 860,61 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2023-cü il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 291 milyon 777,8 min manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 23,1%), o cümlədən istehlak kreditləri 68 milyon 14,57 min manata (artım 50,1%), biznes kreditləri 188 milyon 882,31 min manata (artım 11,7%) bərabərdir.
Bankın öhdəlikləri 416 milyon 879,77 min manat (artım 4,8%), depozitlər 366 milyon 695,17 min manat (artım 0,8%), əhalinin əmanətləri 89 milyon 958,59 min manat (atım 11,4%), hüquqi şəxslərin əmanətləri 276 milyon 736,58 min manat (azalma 2,3%) təşkil edir.
“Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 97 milyon 980,84 min manat (artım 16,5%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Bank 2023-cü ili 12 milyon 2,26 min manat məbləğində xalis mənfəətlə (2022-ci illə müqayisədə artım 10,4 dəfə - İF) başa vurub.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.*
X.Nəsirzadə