Azərbaycan 2023-cü ilin yanvar-noyabr aylarının yekunları üzrə Avropa İttifaqına (Aİ) boru kəməri qazının beşinci əsas tədarükçüsü olaraq qalıb.
“İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir ki, 2023-cü ilin 11 ayının yekunları üzrə ilk beşlikdə aşağıdakı ölkələr yer alıb: Əlcəzair - 13,2 milyard avro məbləğində (azalma 15,1%) 1 milyon teracoul (azalma 2%), Norveç - 15,5 milyard avro məbləğində (azalma 21,5%) 871,8 min teracoul (artım 21,4%), Böyük Britaniya - 10,8 milyard avro məbləğində (azalma 1,8 dəfə) 720,7 min teracoul (artım 2,8%), Rusiya - 7,2 milyard avro məbləğində (azalma 4,1 dəfə) 537,3 min teracoul (azalma 2 dəfə) və Azərbaycan - 5,7 milyard avro məbləğində (azalma 2,5 dəfə) 452,6 min teracoul (artım 3,8%).
2023-cü ilin noyabr ayında Azərbaycan Aİ-yə boru kəməri qazı ixrac edən ölkələr arasında üçüncü olub. Həmin ay Aİ ölkələri Azərbaycandan qaz idxalını 2,9% - təxminən 43,3 min teracoula qədər artırıb. İdxalın dəyəri 706,2 milyon avroya yaxın (azalma 1,7 dəfə) olub.
2023-cü ilin noyabr ayında boru kəməri qazının əsas ixracatçılarının üçlüyünə Əlcəzair (1,1 milyard avro məbləğində 91,4 min teracoul), Norveç (1,8 milyard avro məbləğində 88,2 min teracoul) və Azərbaycan (706,2 milyon avro məbləğində 43,3 min teracoul) daxildir.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15,6 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
R.Kərimov