2023-cü ildə “Kapital Bank” ASC-nin aktivləri 10,7% - 8 milyard 659,618 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2023-cü il tarixinə bankın kredit portfeli 4 milyard 271,823 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 35,3% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləri üzrə portfeli 28,4% - 2 milyard 353,575 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 48,6% - 1 milyard 349,734 milyon manata qədər, daşınmaz əmlak kreditləri isə 36,6% - 568,513 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 7 milyard 748,329 milyon manat (artım 10,8%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 6 milyard 321,619 milyon manata (artım 3,7%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 906,204 milyon manata (artım 16,1%) bərabərdir.
Bankın kapitalı 911,289 milyon manat (artım 10,2%), nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) təşkil edir.
2023-cü ilin yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 242,209 milyon manat (2022-ci illə müqayisədə azalma 21,4% - İF) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (81,08%), “PAŞA Sığorta” (7,52%) və fiziki şəxslərdir (11,4%).*
X.Nəsirzadə