2023-cü ildə “Bank Avrasiya”nın aktivləri 17,7% - 184 milyon 537,78 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2023-cü il tarixinə bankın kredit portfeli 137,169 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,4% - İF) təşkil edib. İstehlak kreditləri 15,475 milyon manat (artım 74,3%), biznes kreditləri 66,214 milyon manat (azalma 1%), daşınmaz əmlak kreditləri 55,48 milyon manat (artım 11,9%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 104 milyon 99,43 min manat (azalma 30,8%) təşkil edir.
Bankdakı depozitlər 48,485 milyon manata (azalma 39,2%), əhalinin əmanətləri 42,45 milyon manata (azalma 36,7%) bərabərdir.
2023-cü il dekabrın sonuna “Bank Avrasiya”nın kapitalı 80 milyon 438,35 min manat (artım 9%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2023-cü ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 621,82 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,6 dəfə çoxdur.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.*
X.Nəsirzadə