2023-cü ildə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 0,2% artaraq 749 milyon 248,89 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il dekabrın 31-nə aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitlər 1,3% artaraq 409,042 milyon manata çatıb.
Bankın kredit portfeli 256,472 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,2% - İF) bərabərdir.
2023-cü ilin sonuna bankın öhdəlikləri 634,928 milyon manat (azalma 0,4%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 458,647 milyon manata (artım 2%), o cümlədən əhalinin əmanətləri 310,158 milyon manata (azalma 12,2%) bərabərdir.
Bankın kapitalı 114 milyon 320,75 min manat (artım 3,9%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
2023-cü ildə ASB-nin xalis mənfəəti 5 milyon 119,2 min manat məbləğində (2022-ci ilin göstəricisi ilə müqayisədə azalma 3,1% - İF) olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb.*
X.Nəsirzadə