2023-cü ildə “Bank BTB” aktivlərini 1,3% - 369,155 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il dekabrın 31-nə bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla) 268,61 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,9% - İF) təşkil edib.
Bankın öhdəlikləri 321,791 milyon manata (azalma 0,7%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 152,904 milyon manat (azalma 4%) təşkil edib.
2023-cü ilin sonuna “Bank BTB”nin kapitalı 47,363 milyon manata (azalma 5,4%), nizamnamə kapitalı 66,45 milyon manata (dəyişməyib) bərabərdir.
Bank 2023-cü ili 2 milyon 778,5 min manat məbləğində xalis zərərlə (2022-ci illə müqayisədə azalma 44,2% - İF) başa vurub.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
X.Nəsirzadə