Qazaxıstan Bakı-Supsa neft kəməri ilə ildə 3 milyon tona qədər neft nəql etməyi nəzərdə tutur və bununla bağlı Azərbaycanla danışıqlar aparır. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə Qazaxıstan Energetika Nazirliyindən məlumat verilib.
“Azərbaycan tərəfi ilə ildə 3 milyon tona qədər Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri ilə nəqli mümkünlüyünün nəzərdən keçirilməsi məsələsi müzakirə edilir”, - deyə məlumatda bildirilir.*