Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması” haqqında qərar imzalayıb.
Hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Koordinasiya Qrupu mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə ictimai əsaslarla daimi fəaliyyət göstərən kollegial orqandır.
Koordinasiya Qrupunun rəhbəri iqtisadiyyat nazirinin müavinlərindən biri, Koordinasiya Qrupunun rəhbərinin müavini isə agentliyin İdarə Heyətinin sədridir.
Koordinasiya Qrupunun iclasları 6 ayda bir dəfədən az olmayaraq keçirilir.*
R.Əhmədov