Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8482 manat/1EUR səviyyəsində (yanvarın 16-na 1.8561 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0193 manat/1RUB səviyyəsində (yanvarın 16-na 0.0194 manat/1RUB) müəyyən edib.
AMB yanvarın 17-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0564 manat/1TRY (16 yanvar - 0.0565 manat/1TRY) səviyyəsində müəyyən edib.**
N.Abbasova