«Mi-8» hərbi helikopteri Bişkekdə «Dostuq» mikrorayonunda düşüb. Bu barədə «İnterfaks»a «Qırğızaeronaviqasiya» dövlət müəssisəsindən məlumat verilib.
"Mi-8 hərbi helikopteri bu gün təxminən saat 11:00-da (Bakı vaxtı ilə 09:00-da) “Frunze-1” aviabazasında düşüb. Heyətin taleyi barədə hələ məlumat yoxdur", - idarənin nümayəndəsi bildirib.
İlkin məlumatlara görə uçuş təlim-məşq məqsədli olub.
Qırğızıstan mediası xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. **