Azərbaycan bərpa olunan enerjinin ölkənin enerji balansındakı payını nəzərdə tutulan müddətdən əvvəl - 2030-cu ilə qədər deyil, 2028-ci ilədək 30%-ə çatdırmağı planlaşdırır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabarov məlumat verib.
"Biz qarşımıza qoyulan - 2030-cu ilə qədər enerji ehtiyaclarımızın 30%-ni (bərpa olunan enerji enerjisi hesabına - İF) ödəmək məqsədindən xeyli irəlidəyik. Düşünürük ki, eyni yolu davam etdirsək 2028-ci ildə buna nail ola bilərik”, - deyə Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “COP28 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - İF) və irəliyə aparan yol” panel müzakirəsində bildirib.
“İnterfaks-Azərbaycan” nazirin sözlərindən sitat gətirir. O qeyd edib ki, Azərbaycan öz gəlirlərindən, o cümlədən neft və qaz gəlirlərindən öz enerji keçidini maliyyələşdirmək məqsədilə istifadə etməklə «şüurlu seçim» edib.
Cabbarov məlumat verib ki, Azərbaycanda COP29-un mərkəzi mövzusu, xüsusilə keçid və iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün təmiz enerji investisiyalarının maliyyələşdirilməsi mexanizmlərinin yaradılması olacaq. Bunu Argus agentliyi qeyd edir.
Bu mexanizmlərin enerji keçidi üçün mövcudluğunun təmin edilməsi «son dərəcə vacibdir», deyə Cabbarov əlavə edib ki, Azərbaycan onları COP-un maraqlı tərəfləri ilə necə həyata keçirməyinə diqqət yönəldəcək.
Azərbaycanın iqtisadiyyat naziri həmçinin bildirib ki, «əvvəlki COP--lar, xüsusilə COP28-dən aldığımız dərs təcridin işləməməsidir». **
R.Kərimov