2023-cü ilin operativ məlumatlara görə, Azərbaycanın dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,72%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16%), xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7%) təşkil edib.
2023-cü il ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 125 milyard 5,5 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 33 milyard 779,5 milyon manat, xərcləri üzrə proqnoz 36 milyard 568,8 milyon manat təşkil edirdi. Dövlət büdcəsinin kəsiri 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılıb.**
R.Əhmədov