2023-cü ildə azad olunan ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda) dörd layihənin reallaşdırılmasına 11,5 milyon manat ümumi məbləğdə güzəştli kreditlər ayırıb. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev məlumat verib.
“2023-cü ildə işğaldan azad olunan ərazilərdə 4 layihənin reallaşdırılmasına 11,5 milyon manat ümumi məbləğdə güzəştli kredit ayrılıb”, - Xaliyev çərşənbə günü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 27 sahibkara SİF tərəfindən güzəştli kreditlər verilib. Onların layihələrinin maliyyələşməsinə 2 milyon 205 min manat ayrılıb. U layihələrin icrası 86 yeni iş yeri yaratmağa imkan yaradacaq. Həmin kreditlər sənaye, turizm, ASK, logistika və qida sahələrində layihələrin reallaşdırılmasına ayrılıb.
Xəbər verildiyi kimi, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən Azərbaycanda sahibkarlara 193,8 milyon manat dəyərində güzəştli kredit verilib. **
B.Rüstəmbəyov