Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) spikeri Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonu bəzi ifadələrinə görə tənqid edib.
Azərbaycan XİN-in nümayəndəsi çərşənbə günü Aİ nümayəndəsinin bəyanatını əsassız və məsuliyyətsiz adlandırıb. Hacızadə səfirə məsləhət verib ki, Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində “ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.
“Ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulmuş Azərbaycanın məhkəmə sisteminin işinə müdaxilə qəbuledilməzdir”, - Hacızadə “X” hesabında yazıb. **
R.Kərimov