2023-cü ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 78 milyard 50,2 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 12,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ildə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 12,2% - 7 min 686,9 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 69 milyard 341,2 milyon manat qalır ki, bu da 2022-ci ilin göstəricisindən 12,8% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 6 min 829,2 manat (artım 12,2%) təşkil edib.**
X.Nəsirzadə