Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, Davos İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə görüşüb, ikitərəfli iqtisadi əməkdaşlığın gündəliyi müzakirə olunub.
Cabbarov sosial şəbəkələrdə yazıb ki, tərəflər Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasına hazırlığı; ticarət dövriyyəsinin artımı və biznes əlaqələrinin inkişafı istiqamətində təşəbbüsləri; COP-29 çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.
Bundan başqa, nazirlər dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin perspektivlərini müzakirə ediblər.
Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclası 2021-ci ilin noyabr ayında Dubayda keçirilib. **
R.Əhmədov