Ölkələrin ərazi bütövlüyü prinsipinə əməl edilməsi beynəlxalq münaqişələrin həllində vacibdir, çünki xaosdan qoruya bilər. Bu barədə çərşənbə günü BMT-nin baş katibi Antoniu Quterriş bəyan edib.
"Əgər biz ölkələrin ərazi bütövlüyünün qurban verilə biləcəyinə razı olmağa başlasaq, dünyada xaos başlayacaq... Ölkələrin ərazi bütövlüyü prinsipinin əməl olunmasına tam nəzarət etmək lazımdır", - Guterriş Davos İqtisadi Forumunda çıxışında deyib.
Onun fikrincə, əgər bəşəriyyət dövlətlərin sərhədlərini dəyişə biləcəyini düşünməyə başlasa, «problemlərimiz başlayacaq». Bununla əlaqədar olaraq baş katib bəyan edib ki, Ukrayna böhranının BMT Nizamnaməsinə əməl edilməsini və ərazi bütövlüyü prinsipinə əməl olunmasını nəzərdə tutan həlli variantlarının tərəfdarıdır.
"Bu asan vəzifə deyil. Vəziyyət mürəkkəbdir, lakin istənilən şəraitdə prinsipləri qorumalıyıq”, - Quterrish hesab edir. **