2023-cü ildə Azərbaycanda neft məhsullarının istehsalı 2022-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,3% - 4 milyard 526,8 milyon manata qədər (cari məzənnə ilə $2 milyard 662,8 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü il ərzində1 milyon 464,2 min ton avtomobil benzini (artım 13,4%), 594,4 min ton təyyarə yanacağı (artım 4,1%), 2 milyon 311,2 min ton qazoyl/dizel yanacağı (artım 12,3%), 59,1 min ton sürtkü yağları (artım 31,6%), 231,6 min ton neft koksu (artım 10%) istehsal edilib.
2023-cü ildə maye qazı 236,4 min ton (azalma 3,2%) həmcində istehsal olunub.
Mazut istehsalı 92,7% - 5,7 min tona qədər, neft bitumu istehsalı 19,1% - 277,7 min tona qədər (azalma 21,3%) azalıb.
2024-cü il yanvarın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 45,8 min ton avtomobil benzini, 26,2 min ton təyyarə yanacağı, 77,2 min ton qazoyl (dizel yanacağı), 1,7 min ton mazut, 3 min ton sürtkü yağları, 4,1 min ton maye qaz, 5,1 min ton neft bitumu, 48,1 min ton neft koksu var.**
N.Abbasova