2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 94,975 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $283 milyon 377,8 min (azalma 28,8%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-noyabr aylarında aldığı buğdanın qiyməti bir ton üçün $258,79 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $155 milyon 294,1 min dəyərində (azalma 3,5%) 244,562 min ton şəkər xammalı və şəkər (azalma 17,7%), $132 milyon 640,9 min dəyərində (azalma 27,3%) 114,034 min ton bitki yağı (artım 7%), $64 milyon 771,5 min dəyərində (azalma 5,9%) 12,477 min ton çay (azalma 5,2%), $83 milyon 505 min dəyərində (azalma 12,7%) 14,916 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 11%) idxal edilib.
Bununla yanaşı, respublikaya $28 milyon 397,9 min dəyərində (artım 65,2%) 7,252 min ton iribuynuzlu heyvan əti (artım 85,3%), $42 milyon 479,8 min dəyərində (azalma 11,5%) 27,179 min ton quş əti və quş əti məhsulları (azalma 9,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $114 milyon 267 min dəyərində (artım 0,7%) 112,687 min ton meyvə (azalma 2,5%), $14 milyon 789,5 min dəyərində (artım 1,5%) 24,921 min ton tərəvəz (artım 5,7%), $44 milyon 607,6 min dəyərində (azalma 12,2%) 155,509 min ton kartof (azalma 14,4%) idxal edilib.
Yanvar-noyabr aylarında ölkədən $157 milyon 177,7 min dəyərində (azalma 4,7%) 159,222 min ton tərəvəz (artım 4,2%), $441 milyon 454,3 min dəyərində (artım 15,9%) 394,549 min ton meyvə (artım 22%), $31 milyon 53,8 min dəyərində (azalma 11,5%) 71,17 min ton kartof (azalma 9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $22 milyon 659,3 min dəyərində (azalma 256,%) 30,409 min ton şəkər (azalma 30,5%), $8 milyon 30,6 min dəyərində (azalma 39,8%) 5 min 18,7 ton bitki yağı (azalma 28,7%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $17 milyon 106,3 min dəyərində (artım 36,9%) 13,66 min ton meyvə və tərəvəz şirələri (artım 38,7%), $6 milyon 524,5 min dəyərində (artım 40,7%) 295,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 13,7%), $11 milyon 803,6 min dəyərində (artım 30,8%) 8,989 min ton meyvə və tərəvəz konservləri (artım 23%), $5 milyon 28,3 min dəyərində (azalma 73,3%) 2,308 min ton tütün (azalma 63,4%), $5 milyon 906,2 min dəyərində (azalma 46,2%) 649,9 ton çay (azalma 62,8%) ixrac edib.**
B.Rüstəmbəyov