Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) Azərbaycanda 2030-cu ildə tütün istehlakının 2020-ci ildə 19,9%-dən 17,2%-dək azalması proqnozlaşdırılır.
ÜST-nin “İnterfaks-Azərbaycan”ın əldə etdiyi tütün istehlakı sahəsində dünya tendensiyalarına dair məruzəsində qeyd olunan proqnoza əsasən, 2025-ci ildə 15 yaş və yuxarı Azərbaycan əhalisinin 18,4%-i, 2030-cu ildə - 17,2%-i tütün istehlak edəcək.
Beləliklə proqnoza görə, 2030-cu ildə, ölkənin 15 yaş və yuxarı hər altıncı sakini tütün istehlak edəcək.
Proqnoza əsasən, 2025-ci ildə Azərbaycanda kişilərin 37,9%-i, 2030-cu ildə kişilərin 35,2%-i (2020-ci ildə 40,7%), 2025-ci və 2030-cu illərdə ölkədə qadınların 0,1%-i (2020-ci ildə olduğu kimi) tütün istehlak edəcək.
Məruzədə göstərilən qiymətləndirmələrə əsasən Azərbaycanda 15 yaş və yuxarıda 1,471 milyon tütün istehlakçısı var, onlardan 1,466 milyonu - kişi və 5 mini - qadınlardır. **
R.Kərimov