Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.
Azərbaycan XİN-in məlumatına görə, Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirak edəcək.
“Səfər çərçivəsində nazirin bir sıra ikitərəfli görüşləri planlaşdırılır”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycan sammitdə Qoşulmama Hərəkatının sədrliyini Uqandaya verəcək.
Son dörd il ərzindəAzərbaycan Qoşulmama Hərəkatının sədri olubr. **
R.Əhmədov