İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilanini telefon danışığı zamanı əmin edib ki, İran Pakistanın suverenliyinə hörmət edir. Bu barədə çərşənbə günü “Mehr” agentliyi məlumat verir.
«Pakistanın suverenliyi və ərazi bütövlüyü İran üçün böyük əhəmiyyət kəsb edir», - Abdullahiyan vurğulayıb.
Abdullahiyan Pakistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə müqayisə edib və bəyan edib ki, "Ceyş əl-Ədl" hər iki ölkənin təhlükəsizliyinə təhdid yaradan terror qruplaşmasıdır".
«Dünən İran İslam Respublikası Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı bu terror qruplaşmasına qarşı yönəldilib və əməliyyat zamanı heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb», - İran XİN rəhbəri əmin edib.
Abdullahiyan həmçinin iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edərək gələcəkdə «təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə» davam edəcəyinə ümid etdiyini bildirib. **