Almaniya 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 1,1 min tona yaxın əczaçılıq məhsulları ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə ixracın dəyəri 18,6% artaraq təxminən 41,7 milyon avro təşkil edib.
2023-cü ilin noyabr ayında Azərbaycan Almaniyadan 71 ton əczaçılıq məhsulları (azalma 35,3%) idxal edib. İdxalın dəyəri 3,2 dəfə - təxminən 6,1 milyon avroya qədər artıb.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycana əczaçılıq məhsullarının ixracını 2021-ci illə müqayisədə 2,4 dəfə - 1,3 min tona qədər artırıb. Hesabat dövründə ixracın dəyəri 24,5% - 38 milyon avroya qədər artıb.*
R.Kərimov