2023-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi məbləği 7 milyard 545,5 milyon manat təşkil edib. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
“2023-cü ildə dövlət satınalmalarının həcmi 2022-ci illə müqayisədə 11,3% artıb”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
M.Abbasbəylinin sözlərinə görə, ötən il elektron satınalmaların həcmi 2022-ci ilə nisbətən 32,8% artaraq 1 milyard 690,1 milyon manata çatıb.*
B.Rüstəmbəyov