Yanvarın 18-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmiş ABŞ-ın Bakıdakı yeni səfiri Mark Libbi Azərbaycanda diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.
“Mən ABŞ-ın Azərbaycandakı səfiri kimi işə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, - deyə diplomat bildirib.*
R.Kərimov