İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Indorama Ventures PCL” şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşüb.
“Görüşdə ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, Azərbaycanın dayanıqlı istehsala keçid sahəsində hədəfləri, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və əməkdaşlıq imkanları başlıca müzakirə mövzuları oldu”, - deyə M.Cabbarov “Facebook” səhifəsində yazıb.*
X.Nəsirzadə