Azərbaycan 2023-cü ilin yanvar-noyabr aylarında $23 milyon 8,89 min dəyərində AI-92 markalı avtomobil benzini ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə ixracın həcmi 33 min 111,64 ton təşkil edib. Yanacağın bütün həcmi Türkiyəyə ixrac edilib”, - deyə məlumatda bildirilir.
2023-cü ilin 11 ayı ərzində Azərbaycandan benzin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 7,7% artıb, dəyər ifadəsində 17,4% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə $27 milyon 869,19 min dəyərində (azalma 12,4%) 30 min 753,72 ton yanacaq (azalma 41,9%) ixrac edib. Yanacağın bütün həcmi BƏƏ-yə ixrac edilib.
Azərbaycanda АI-92 markalı avtomobil benzini Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal olunur.*
N.Abbasova