Ankara İran, İraq və Pakistan arasında gərginliyin artmasından narahatdır və bu ölkələri fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırır. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Biz İranın İraqdakı hədəflərə hücum etməsi ilə başlayan, daha sonra İranın Pakistan ərazisindəki hədəflərə etdiyi hücumlarla genişlənən və Pakistanın İrandakı hədəflərə hücumları ilə nəticələnən hadisələrin inkişafından narahatıq”, - deyə bəyanatda bildirilir.
Türkiyə XİN-dən qeyd olunub ki, problemlər dostluq və qardaşlıq prinsipləri, ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında həll edilməlidir.*