İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Moldovanın baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə görüşüb.
“Görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanları müzakirə edilib”, - deyə M.Cabbarov sosial şəbəkədə yazıb.
O qeyd edib ki, Bakı və Kişineu arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir.*
R.Əhmədov