2023-cü ildə Azərbaycanda 3,738 min ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 82,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 195, fevralda 261, martda 469 (2023-cü ilin əvvəlindən ən yüksək aylıq göstərici – İF), apreldə 334, mayda 323, iyunda 162, iyulda 122, avqustda 76 (2023-cü ilin əvvəlindən ən aşağı aylıq göstərici – İF), sentyabrda 168, oktyabrda 266, noyabrda 703 (2023-cü ilin əvvəlindən ən yüksək aylıq göstərici – İF), dekabrda isə 659 ədəd avtomobil istehsal edilib.
1 yanvar 2024-cü il tarixinə anbarlarda 17 ədəd (2023-cü il yanvarın 1-nə 270 ədəd) minik avtomobili var.
Ötən il Azərbaycanda 662 ədəd traktor (artım 12,6%) istehsal edilib. 2024-cü il yanvarın 1-nə anbarlarda 10 ədəd traktor var.
Bundan başqa, 2023-cü ildə 799 ədəd yük avtomobili (artım 88,4%) istehsal edilib.
Hazırda Neftçala, Hacıqabul və Naxçıvanda minik avtomobillərinin istehsalı üzrə üç, Gəncədə isə kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalı üzrə bir zavod fəaliyyət göstərir. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.*
B.Rüstəmbəyov