2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 26 milyon 47 min 289,51 ton neft ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 0,08% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat ilində Azərbaycandan $16 milyard 240 milyon 829,63 min dəyərində (azalma 16,6%) neft ixrac edilib.
2023-cü ildə ixracın ümumi strukturunda neftin payı 47,91% (2022-ci ildə 51,08% - İF) təşkil edib.
Hesabat dövründə 22 ölkə Azərbaycan neftinin alıcısı olub.
DGK-nın məlumatına görə, İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır, “qara qızıl” ixracının 42,7%-i bu ölkənin payına düşüb.
2023-cü ildə Azərbaycan neftinin alıcılarının ilk onluğuna İsrail, Hindistan, Almaniya, İspaniya, Çexiya, Türkiyə, Xorvatiya, Yunanıstan və Böyük Britaniya da daxil olub.
2023-cü ildə alıcı ölkələr üzrə neft ixracının strukturu aşağıdakı kimidir:
Ölkələr |
Həcm (ton): |
Gəlir, min ABŞ dolları |
İtaliya |
11 117529,86 |
7 077 115.41 |
İsrail |
2 270342,65 |
1 394 267.62 |
Hindistan |
2 025082,15 |
1 227 040.85 |
Almaniya |
1 341018,14 |
871 933.82 |
İspaniya |
1 221974,82 |
769 586.75 |
Çexiya |
1135 964,61 |
682 886,68 |
Türkiyə |
1 202207,86 |
676 306.62 |
Xorvatiya |
975165,93 |
590 404.89 |
Yunanıstan |
743513,50 |
455 309.00 |
Böyük Britaniya |
691 038,87 |
432 278,59 |
Rumıniya |
621947,79 |
382 756.67 |
İrlandiya |
630 056,20 |
366 641,18 |
Vyetnam |
554 367,23 |
345 490.87 |
Portuqaliya |
449879,31 |
299 575.75 |
Avstriya |
266 568,71 |
152 155.74 |
İndoneziya |
221 084,92 |
150 210.69 |
Fransa |
199 006,72 |
118 639.77 |
Sinqapur |
138 338,45 |
87 786.40 |
Tunis |
106 274,64 |
71 938.82 |
Malayziya |
48 042,55 |
34 012.69 |
Avstraliya |
39 196,58 |
28 392.28 |
Tailand |
48 688,02 |
26 098.53 |
Cəmi |
26 047 289.51 |
16 240 829.63 |
N.Abbasova*