Yanvarın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Görüşdə tərəflər Azərbaycanla Slovakiya arasında hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
R.Kalinak Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası ilə əlaqədar Z.Həsənovu təbrik edib.
Nazirlər qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi və müasir döyüş əməliyyatlarının öyrənilməsinin vacibliyini bildiriblər.
“Bundan başqa, Azərbaycanla Slovakiya arasında hərbi sahədə maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov